Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 23-də Tbilisidə seçkiöncəsi aksiya keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tbilisinin mərkəzi Rustaveli prospektində keçirilən aksiyada partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvili, partiyanın sədri İrakli Qaribaşvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və on minlərlə insan iştirak edib.
Aksiyanı partiyanın baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze açıb.
Qeyd edək ki, aksiya ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. DİN-in Patrul Polisi Departamentinin əməkdaşları ictimai asayişi qorumaq və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün səfərbər olublar.
Aksiyadan sonra konsert proqramı təqdim olunub.