Ankarada TUSAŞ aerokosmik şirkətinə qarşı terror aktı: HƏLAK OLANLARIN SAYI 5-ə, YARALANANLARIN SAYI İSƏ 22-yə ÇATIB
YENİLƏNİB, VİDEO

Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu zamanı 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat yayıb.

 

"Terror aktında həlak olanların sayı 5-ə yüksəlib, yaralananların ümumi sayı isə 22 nəfərdir. Yaralılardan üçü artıq xəstəxanadan buraxılıb.", - nazir qeyd edib.

**19:48


Ankarada TUSAŞ aerokosmik şirkətinin obyekti terrorçuların hücumuna məruz qalıb.

 

Senzor.az-ın məlumatına görə, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya terror aktı nəticəsində 4 nəfərin həlak olduğunu, 14 nəfərin yaralandığını bildirib.

 

Nazirin sosial şəbəkələrdə yaydığı məlumatda iki terrorçunun məhv edildiyi də qeyd olunub.

 

A.Yerlikaya həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin yaralılara şəfa diləyib.

 

Ankaradakı terror aktı ilə bağlı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da açıqlama verib.

 

Onun sözlərinə görə, Ankarada TUSAŞ şirkətinin müdafiə müəssisəsində törədilən məkrli terror aktında məqsəd Türkiyə müdafiə sənayesinin nailiyyətlərini boğmaq cəhdi olub. “Mən əminəm ki, onlar buna nail ola bilməyəcəklər”, - deyən C.Yılmaz hücumun ilk dəqiqələrindən Türkiyə hüquq-mühafizə orqanlarının vəziyyətə müdaxilə etdiyini və Ankara Baş Prokurorluğunun cinayət işi açdığını vurğulayıb.

 

O əminliklə bildirib ki, terrorla mübarizə qətiyyətlə davam etdiriləcək.

 

Xatırladaq ki, bu gün yerli vaxtla saat 15:30-da bir qrup terrorçu Kahramankazan rayonunda TUSAŞ müəssisəsinə hücum edib. Partlayışdan sonra girişdə atışma başlayıb.

 

Şirkətin əməkdaşları operativ şəkildə müəssisənin ərazisindəki sığınacaqlara köçürülüb, polis müdafiə müəssisəsinə gedən bütün yolları bağlayıb.

 

Ağır yaralılar helikopterlərlə xəstəxanalara, digərləri isə təcili tibbi yardım avtomobilləri ilə yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.

 

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç paytaxtda törədilən terror aktını qətiyyətlə pisləyib və bildirib ki, qanlı hücumun istintaqına Baş Prokurorluğun bir qrup təcrübəli əməkdaşı cəlb olunub.

 

Qeyd edək ki, Kahramankazanda yerləşən TUSAŞ müəssisəsində PUA, təyyarə və helikopter istehsal olunur. Burada Türkiyənin beşinci nəsil KAAN hərbi təyyarəsi yığılır.

 

Türkiyə Silahlı Qüvvələri TUSAŞ məhsullarından antiterror əməliyyatları zamanı istifadə edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.