İran Prezidenti Kazanda Çin lideri ilə görüşdü - FOTO

İran Çinlə Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasında müəyyən zaman çərçivəsində münasibətləri qarşılıqlı şəkildə möhkəmləndirmək niyyətindədir.

 

Trend-in məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian 23 oktyabrda Rusiyanın Kazan şəhərində keçirilən BRICS-ə üzv dövlət başçılarının sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdə deyib.

 

Onun sözlərinə görə, Çin İranın dostu və ən önəmli ticarət şərikidir. İran Çinlə əlaqələrin inkişafı qarşısında ehtimal olunan maneələrin aradan qaldırılması və əməkdaşlığın yüksəldilməsinə çalışır.

 

Görüşdə Çin Xalq Respublikasının sədri Si Cinpin də ölkəsinin İranla əlaqələrin genişləndirilməsinə hazır olduğunu bildirib.

 

“İranla münasibətlər Çin üçün dəyərlidir. Çin iki ölkə arasında müştərək mənafeyi qorumağa hazırdır. İran və Çin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni və hərbi sahələrdə səmərəli əməkdaşlıq edə bilərlər”, - deyə o qeyd edib.

 

Qeyd edək ki, BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.