Türkiyə aviasiyası İraq və Suriyada terrorçuların 32 obyektinə zərbələr endirdi - VİDEO

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında və Suriyada terrorçuların 32 obyektinə zərbələr endirib. 

 

Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Müdafiə Nazirliyi Ankaranın bu əməliyyatlarının BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş dövlətlərin özünümüdafiə hüququna əsaslandığını vurğulayıb.

 

“Çoxlu sayda terrorçu məhv edilib. Əməliyyat zamanı istifadə edilən bütün sursatlar Türkiyədə istehsal olunub. Ankaraya dost olan mülki şəxslərə və qüvvələrə, eləcə də mədəni və tarixi obyektlərə heç bir ziyan dəyməyib”, -deyə nazirlik qeyd edib.

 

Müdafiə Nazirliyi Türkiyəyə qarşı terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.