Vaxtımın çox hissəsini Şuşada keçirirəm. Şəhərə gələn qonaqların da sayı artır.
Kult.az xəbər verir ki, bunu ötən ay Şuşanın millət vəkili seçilmiş Xalq artisti Polad Bülbüloğlu deyib.
Deputat qeyd edib ki, Şuşada təmir-bərpa, tikinti işləri davam edir, şəhər günü-gündən dəyişir.
O, azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Şuşada da abadlıq-quruculuq işlərinin sürətlə davam etdiriləcəyini bildirib.
Deputat həmçinin “Qələbə” marşı yazmağa hazırlaşdığını deyib.
Ətraflı “Xəzər Xəbər”in süjetində: