“Biz nə etdiyimizi çox yaxşı bilirik, heç kim qorxmasın” - ƏRDOĞAN

“Dünən PKK aldığı qərarı həyata keçirdiyini açıqladı və tərksilah oldu”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısında deyib.

 

“Biz “Terrorsuz Türkiyə” üçün canımızı ortaya qoyduq, Türkiyənin xeyrinə olmayan heç bir işdə olmadıq. Bundan sonra Türkiyənin xeyrinə olan bütün işlərdə bizi ən öndə görəcəksiniz. Biz nə etdiyimizi çox yaxşı bilirik. Heç kim qorxmasın. Nə ediriksə, Türkiyə və millətimiz üçün edirik. Terror bitəcək, görəcəksiniz. Türkiyə qazandı, hər bir vətəndaşımız qazandı”, - Ərdoğan bildirib.

 

O qeyd edib ki, terrorun məqsədi kürd ilə türkün arasına nifaq toxumu səpmək idi, amma bu gün türk ilə kürd qucaqlaşdı: “İndi oturub danışacağıq, amma silahlarla deyil. Bütün məsələləri qarşılıqlı oturub müzakirə edəcəyik”. 

 

“Terrorun bitməsi ilə Türkiyə daha güclü, daha özgüvənli olacaq. Ölkəmiz qardaşlıqla böyüyəcək, demokratiya ilə güclənəcək. Görəcəksiniz, yaxın vaxtda çox fərqli Türkiyəyə qovuşacağıq. İtkilərimiz şübhəsiz ki, geri gəlməyəcək, amma gənclərimiz ən gözəl çağlarında bundan sonra aramızdan ayrılmayacaq, analar göz yaşı tökməyəcək. Biz tərksilah prosesini qurulan mexanizm əsasında yaxından izləyirik”, - Türkiyə lideri əlavə edib.

 

Xatırladaq ki, ötən gün “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində 47 ildən sonra Süleymaniyyədə bir qrup PKK üzvü silahlarını təhvil verib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.