Türkiyənin daxili işlər naziri Ali Yerlikaya kibercinayətlərdə şübhəli bilinən 346 nəfərin saxlanıldığını bildirib.
Senzor.az bildirir ki, bu istiqamətdə həyata keçirilən əməliyyat həftə ərzində ölkənin 81 vilayətində davam edib.
Daxili işlər nazirinin verdiyi məlumata görə, saxlanılan şəxslərin 99-u barəsində məhkəmə instansiyalarının hökmü ilə həbs qətimkan tədbiri seçilib. Onlara qarşı dələduzluq, qadağan olunmuş bukmeyker fəaliyyəti, vətəndaşların bank hesablarına qanunsuz müdaxilə və digər ittihamlar irəli sürülüb.
Saxlanılan şəxslərdən, həmçinin qeydiyyata alınmamış odlu silah və narkotik maddələr aşkar edilərək götürülüb. Bununla yanaşı, 7 nəqliyyat vasitəsi, bir kommersiya obyektinə həbs qoyulub. Onların qanunsuz gəlirlərlə əldə olunduğu bildirilir.