Vaşinqtonun Avropadakı əsas müttəfiqləri ABŞ Prezidenti Donald Trampın Ukraynaya marağını itirə biləcəyindən ehtiyat edirlər.
Məlumatı Böyük Britaniyanın “Financial Times” nəşri belə məlumat yayıb.
“Avropada çoxları Trampın Ukraynaya marağını itirə və ürəyinə yaxın olan məsələlərə diqqət yetirə biləcəyindən şübhələnir”, - qəzet yazır.
Materialda deyilir ki, bu halda avropalıların vəzifəsi Ukraynaya “müstəqil” hərbi əməliyyatlar aparmağa kömək etmək olacaq.
Xatırladaq ki, bundan əvvəl “Neue Zurcher Zeitung” nəşri Ukraynanın Rusiya ilə qarşıdurmada tam məğlubiyyətdən qurtulmaq üçün cəmi iki yolunun qaldığını bildirib.