Sahibə Qafarova Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunan
ANIM MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfəri çərçivəsində Srebrenitsa qurbanlarının xatirəsinə inşa edilmiş Memorial mərkəzə gedib.

 

Bu barədə Senzor.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Azərbaycan parlamentinin sədri və digər ölkələrdən olan qonaqlar, o cümlədən ölkə və hökumət rəhbərləri, parlament sədrləri və rəsmi nümayəndələr anım tədbirləri çərçivəsində əvvəlcə "Keçməmişlərin izi ilə" sərgisi ilə tanış olublar.

 

Sonra Milli Məclisin sədri Sahibə Qafarova anım salonunda başsağlığı kitabını imzalayıb.

 

Daha sonra Memorial mərkəzdə faciə qurbanlarının anım mərasimi keçirilib.

 

Nümayəndə heyətlərinin rəhbərləri faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək Memorial abidənin önünə gül dəstələri düzüblər.

 

Milli Məclisin sədri mərasim çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb, onlarla söhbət edib.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.