Rusiya Varşavanın hərəkətlərinə cavab olaraq Polşanın Kalininqraddakı konsulluğunu bağlamaq qərarına gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Qeyd olunub ki, iyulun 11-də Polşanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib. Notada bildirilib ki, Polşa hakimiyyətinin 30 iyun 2025-ci il tarixindən Krakovdakı Rusiya Baş Konsulluğunun fəaliyyəti ilə bağlı verdiyi razılığı geri götürməsinə cavab olaraq, Rusiya tərəfi Polşanın Kalininqraddakı Baş Konsulluğunun fəaliyyəti üçün verdiyi razılığı 2025-ci il avqustun 29-dan geri götürür.