ABŞ Prezidenti Donald Trampın psixikasında yaşla bağlı dəyişikliklər müşahidə olunur.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson bu iddia ilə "Judging Freedom" "YouTube" kanalında çıxış edib.
"Son 18 ayda Trampla tez-tez görüşən bir nəfərlə danışdım - onun kim olduğunu deməyəcəyəm. Son görüşlərdə yaşla bağlı əhəmiyyətli dəyişikliklər görünürdü", - deyə o vurğulayıb.
MKİ-nin sabiq analitikinin fikrincə, Trampın psixi sağlamlığında yolunda getməyən şeylər var.
Consonun qeyd etdiyinə görə, ictimaiyyət qarşısında çıxış tərzi Amerika liderinin koqnitiv funksiyalarının açıq şəkildə pisləşməsini nümayiş etdirir.