Tramp xanımı ilə dəhşətli daşqınların baş verdiyi Texasa gedib
VİDEO/FOTO

ABŞ Prezidenti Donald Tramp xanımı Melaniya Trampla ötən gün Texasda daşqından zərər çəkmiş ailələrlə görüşüblər.

 

Bu barədə “CBS News” məlumat yayıb.

 

Tramp ştat, federal və yerli rəsmilərlə dəyirmi masada faciənin miqyasından və sakinlərin keçirdiyi sarsıntıdan danışıb: “Onlar uşağını və ya iki uşağını itiriblər. Buna, sadəcə inanmaq çətindir. Mən heç vaxt belə bir şey görməmişəm – kiçik, dar çay belə dəhşətli bədheybətə çevrilib. Amma birinci xanım və mən Texasda bu dəhşətli daşqından sonra millətimizə sevgimizi, dəstəyimizi  və zərərçəkmişlərə iztirablarına şərik olduğumuzu ifadə etmək üçün buradayıq”.

 

M. Tramp ailələrə əlavə dəstək olmaq üçün Texasa yenidən qayıdacağına söz verib.

 

Qeyd edək ki, daşqınlar nəticəsində ştatda ölənlərin sayı 121-ə çatıb. Hələ də 170-dən çox insan itkin düşüb. Lakin xilasedicilər və ailələr itkin düşənlərin axtarışını davam etdirdikcə bu rəqəmin artacağı istisna edilmir.














Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.