NATO Ukrayna üçün nə qədər silah ala bilər?

Şimali Atlantika Alyansı ABŞ Prezidenti Donald Trampın təklif etdiyi kimi Ukraynaya silah ala və onu təchiz edə bilməyəcək.

 

Fransalı general Fransua Şovansi “Le Figaro” nəşrinə müsahibəsində belə deyib.

 

“NATO-nun bunun üçün maliyyə vəsaiti yoxdur. Blokun onsuz da Ukrayna üçün nəzərdə tutulan silahları tədarük etmək imkanı yoxdur. Alyans belə bir addım atsa, mərmi və silah anbarlarını boşaldacaq”, - general iddia edib.

 

Onun sözlərinə görə, NATO-nun silah tədarükünü təsdiqləmək üçün kifayət qədər mürəkkəb proseduru var. Buraya çoxsaylı bürokratik dolanbaclar daxildir ki, bu da münaqişə zonasına texnika və sursatların göndərilməsini əhəmiyyətli dərəcədə ləngidə bilər.

 

Bu baxımdan, Fransua Şovansi ABŞ Prezidenti Donald Trampın Şimali Atlantika Alyansının Ukrayna üçün silah alınmasında rolu ilə bağlı iddiasını qeyri-müəyyən bəyanat adlandırıb.

 

Qeyd edək ki, iyulun 11-də Ağ Evin rəhbəri ABŞ-ın NATO üzrə müttəfiqlərinin Amerika istehsalı olan silahları Ukraynaya tədarük etmək üçün alacaqlarını açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton və tərəfdaşları 2025-ci ilin iyununda keçirilən Alyans sammiti zamanı müvafiq razılaşmalar əldə ediblər.

 

Maraqlıdır ki, mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin yazdığına görə, Kiyevin Qərbdəki müttəfiqlərinin fikrincə, ABŞ lideri Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini sülhə əsas maneə kimi görür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.