Ermənistanın İstintaq Komitəsi Xarici İşlər Nazirliyi əməkdaşının dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilməsi barədə məlumat yayıb. O da vurğulanıb ki, bu, əvvəllər mətbuatda yayılan kimi yüksək vəzifəli məmur və ya respublikanın xaricdəki keçmiş konsulu deyil.
Senzor.az xatırladır ki, bundan əvvəl KİV Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyanın Zvartnots hava limanında vətənə xəyanət və romantik münasibətdə olduğu Azərbaycan vətəndaşına mühüm məlumatların ötürülməsi işi ilə bağlı saxlanıldığı barədə məlumat yayılmışdı.
"Xarici dövlətin xeyrinə casusluq və dövlətə xəyanətlə bağlı cinayət işi açılıb", - deyə strukturun məlumatında bildirilir.
Cinayətdə digər şəxslərin, o cümlədən Nazirliyin digər əməkdaşlarının iştirakı barədə məlumat yoxdur.
**10:59
Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan təxminən iki ay əvvəl İrəvana qayıdarkən Azərbaycana casusluqda şübhəli bilinərək saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Mənbələrin məlumatına görə, onun üzərində Azərbaycan üçün casusluq şübhəsi yaradan sənədlər aşkarlanıb.
Saxlanıldıqdan sonra Milli Təhlükəsizlik Xidməti (MTX) Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binasında axtarışlar aparıb, kompüterlər və sənədlər yoxlanılıb.
Qalmaqaldan yayınmaq üçün həbs haqqında məlumat rəsmi olaraq açıqlanmayıb.