Sentyabrın 4-də Parisdə ABŞ və Ukrayna prezidentləri - Donald Tramp və Volodimir Zelenski, eləcə də Avropa liderlərinin görüşü olacaq.
Bu barədə "The Financial Times" məlumat yayıb.
Məlumata görə, görüş Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq.
Görüşdə həmçinin Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcəklər. Onlar Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirəsini davam etdirəcəklər.
Yelisey Sarayı bu məlumatı şərh etməyib.
Xatırladaq ki, adları çəkilən siyasətçilərin hamısı avqustun 18-də Ağ Evdə keçirilən sammitdə iştirak edib. Orada da Ukrayna üçün təhlükəsizlik təminatları və digər məsələlər müzakirə olunub.