Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında məlumat verib.
"Ukraynanın daxili işlər naziri İqor Klimenko və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk Andrey Parubiyin qətlində şübhəli bilinən şəxsin saxlanması barədə məlumat verdilər. Hazırda lazımi istintaq hərəkətləri aparılır. Mən ictimaiyyətə mövcud məlumatların çatdırılmasını tapşırmışam", - deyə Zelenski bildirib.
O, daha sonra saxlanılan şəxsin ilk dindirilməsinin də baş tutduğunu qeyd edib.
"Mən indicə baş prokuror Ruslan Kravçenko ilə danışdım. O, Andrey Parubiyin qətlində şübhəli bilinən şəxslə bağlı gələcək prosessual addımlar barədə məlumat verdi. Şübhəlinin ilk ifadəsi alınıb. Hazırda qətlin bütün hallarının müəyyənləşdirilməsi üçün növbəti təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir", - deyə Volodimir Zelenski bildirib.
Qeyd edək ki, artıq Ukrayna "Telegram" kanallarında Andrey Parubiyin qatilinin həbsi ilə bağlı ilk fotolar dərc edilib. Polis onu 36 saat ərzində tapdığını deyib.
Həmçinin yayılan məlumatlarda cinayətin təsadüfi olmadığı, Rusiya izinin olduğu qeyd edilib.