Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Rusiya, Çin və Hindistan liderləri simvolik birlik nümayiş etdiriblər və ekspertlər bunu Vaşinqtona siqnal kimi qiymətləndiriblər.
Senzor.az bildirir ki, “The Wall Street Journal”da dərc olunan məqalədə belə deyilir.
Söhbət Çin Sədri Si Cinpinin, Hindistanın Baş naziri Narendra Modinin və Rusiya Prezidenti Vladimir Putinin əl-ələ tutaraq çəkdirdikləri və gündəm olan fotodan gedir. Və bu Birlik jesti Tramp administrasiyasının Pekini cilovlamaq, Rusiyanın Çinlə əlaqələrini kəsmək və Hindistanı Rusiya neftini almaqdan çəkindirmək istədiyi bir vaxtda ortaya çıxır...
Beyin mərkəzi olan Lowy İnstitutunun icraçı direktoru Maykl Fullilava bildirib ki, görüş Qərb paytaxtlarında həyəcana səbəb ola bilər: “Prezident Trampın Vladimir Putinə qarşı yumşaq rəftarı Rusiyanı Çindən uzaqlaşdırmadı. Eyni zamanda onun Narendra Modi ilə sərt rəftarı Hindistanı Rusiyaya yaxınlaşdırır və Çinlə münasibətlərini istiləşdirir".
Xatırladaq ki, avqustun 31-də Tiencin şəhərində (Şimali Çin) 20-dən çox dövlətin liderlərinin iştirakı ilə ŞƏT sammiti işə başlayıb. Ekspertlərin sözlərinə görə, bu, təşkilatın bütün tarixində assosiasiyanın ən böyük forumudur və onu bütün dünya izləyir...
Yeri gəlmişkən, oxucularımıza mövzu ilə bağlı iki video da təqdim edirik: