İsveç də Rusiyanı təyyarələrin GPS sistemlərinə müdaxilədə ittiham etdi - VİDEO

Baltik dənizi üzərində uçan təyyarələrin GPS sistemlərinə edilən hücumlar 2023-cü ildən bəri kəskin dərəcədə artıb və gündəlik hal almağa başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsveçin Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Məlumata görə, İsveç səmasında naviqasiya-peyk sistemlərinə edilən kənar müdaxilə hallarının sayı 2023-cü ildə 55 idisə, cari ildə bu rəqəm 733-ə yüksəlib.

 

“Biz uzun müddətdən bəri baş verənləri analiz edərək məlumat toplamışıq. Belə nəticəyə gələ bilərik ki, bu müdaxilələr Rusiya ərazisindən baş verir”, - nazirliyin bəyanatında qeyd olunur.

  

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin təyyarəsinin GPS sisteminə Rusiya tərəfindən müdaxilə olunduğu və pilotun təyyarəni kağız xəritəyə baxaraq endirməyə məcbur olduğu iddia edilmişdi. Kreml məsələnin arxasında Rusiyanın olması barədə xəbərləri təkzib etmişdi.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.