Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşıdır

Prezident İlham Əliyevin sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Senzor.az xatırladır ki, H.Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə başa vurub. 2000-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb, 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

 

1999-2000-ci illərdə təhsil naziri yanında Azərbaycan Respublikası Tələbə şurasının sədr müavini olub. 2001-ci ildə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinə işə qəbul olunub və 2001-2005-ci illərdə adı çəkilən idarədə, həmçinin 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyində, 2009-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsində, 2011-2015-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.

 

2015-2018-ci illərdə Xarici İşlər Nazirliyinin Təhlil və strateji araşdırmalar idarəsinin rəis müavini, 2019-2021-ci illərdə adı çəkilən idarənin rəisi vəzifələrində çalışıb.

 

2021-ci ildə Bolqarıstana səfir təyin olunmuşdu.

 

Onu da qeyd edək ki, H.Hüseynovla bağlı yeni sərəncam imzalanmayıb və imzalanıb-imzalanmayacağı ilə bağlı da heç bir məlumat yoxdur.

 

Hüseyn Hüseynov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Leyla Yaşar qızı Abdullayeva 2022-ci ilin oktyabrında Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

 

Cütlüyün iki övladı var.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.