Paşinyan xaricə gedib-qayıdarkən AZƏRBAYCANIN HAVA MƏKANINDAN İSTİFADƏ EDİB

Bu il avqustun 30-da Ermənistan Baş nazirinin təyyarəsi Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib və sentyabrın 6-da gecə Ermənistana qayıdıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

 

Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları Azərbaycandan Baş nazirin təyyarəsi üçün hava keçidi istəyib və müsbət cavab alıblar: "Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün əməli addım hesab edirik".

 

O xatırladıb ki, Azərbaycan təyyarələri uzun müddətdir Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaradır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.