DEM Partiyasının geniş tərkibli heyəti gələn həftə həbsdə olan PKK lideri Abdullah Öcalanı ziyarət edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə DEM Partiyasının sözçüsü Ayşegül Doğan məlumat verib.
Onun sözlərinə görə, partiyanın Mərkəzi İcraiyyə Komitəsinin dünənki iclasında müvafiq qərar qəbul edilib.
"Həmsədrlərimizdən ibarət nümayəndə heyəti gələn həftə İmralı adasına səfər edəcək. Bununla bağlı işlər planı hazırlanır", - partiya sözçüsü vurğulayıb.