Rusiya qanunsuz miqrantların əsas xidmətlərə çıxışını məhdudlaşdırır
VİDEO

Rusiyada öz hüquqi statusunu tənzimləməyən əcnəbilər ölkədən çıxarılana qədər 11 sentyabrdan əsas xidmətlərin alınmasında məhdudiyyətlərlə üzləşəcəklər.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

"11 sentyabrdan Rusiyada qanuni qalmaq əsaslarını itirən əcnəbi vətəndaşlara ölkədən çıxarılana qədər onların bəzi hüquqlarının, o cümlədən gələcəkdə Rusiyaya giriş hüququnun məhdudlaşdırılması üzrə qanunla nəzərdə tutulmuş bütün tədbirlər tətbiq ediləcək", - nazirlikdən bildirilib.

 

DİN qeyd edib ki, qayda pozan miqrantlar nəzarət olunan şəxslər reyestrinə daxil ediləcəklər. Bundan sonra onlara yaşayış (qalma) yerini daxili işlər orqanının icazəsi olmadan dəyişmək, nəzarətdə olan şəxsin yaşadığı və ya qaldığı regiondan kənara çıxmaq, daşınmaz əmlak və nəqliyyat vasitələri almaq və qeydiyyatdan keçirmək qadağan ediləcək.

 

Həmçinin əcnəbilər nikaha daxil ola, hüquqi şəxs yarada, fərdi sahibkar kimi qeydiyyatdan keçə, bank hesabı aça və bank əməliyyatları apara bilməyəcəklər. İstisna olaraq, ödənişlərin yerinə yetirilməsi məqsədilə pul köçürmələri, həmçinin nəzarət olunan şəxsin hesabına pul köçürülməsi və ayda 30 min rubldan çox olmayan nağd pul əldə edilməsinə icazə veriləcək.

 

Daxili İşlər Nazirliyi onu da vurğulayıb ki, qanunsuz olaraq Rusiya Federasiyasında olan azyaşlı əcnəbilərin məktəblərə və uşaq bağçalarına qəbulu mümkün olmayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.