Türkiyənin xüsusi nümayəndəsi Ermənistana gedir
VİDEO

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistana gedir.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə, səfir Sərdar Kılıç Iğdırda jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkib.

 

Kılıç bildirib ki, Ermənistandakı xüsusi nümayəndə ilə bir sıra işlər aparılır və gələcəkdə iki ölkənin, xüsusilə bu bölgənin iqtisadi həyatına töhfə verilməsi planlaşdırılır: “Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq Iğdır və Qarsın iqtisadiyyatına töhfə vermək arzumuzdur”.

 

Səfir Sərdar Kılıç qeyd edib ki, Ermənistan tərəfi sərhədin açılmasına müsbət yanaşır və bəzi layihələrdən əvvəl texniki işlərin görülməsi vacibdir.

 

Qeyd edək ki, Serdar Kılıç və rəhbərlik etdiyi nümayəndə heyəti Alican Sərhəd Qapısından keçərək Ermənistanın paytaxtı İrəvanda görüşlər keçirəcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.