Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəmə prosesi bu gün davam etdirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, proses Ankara məhkəməsində keçiriləcək.
Məhkəmə partiyanın gələcəyi və Türkiyə siyasəti üçün mühüm əhəmiyyət daşıyır. İddialara görə, 4–5 noyabr 2023-cü ildə keçirilən qurultayda nümayəndələrin səsləri rüşvət qarşılığında satın alınıb. Bu əsasla sabiq Hatay Böyükşəhər Bələdiyyə başçısı Lütfü Savaş və bir qrup nümayəndə məhkəməyə müraciət edib. Ayrı-ayrı məhkəmələrdə açılan işlər sonradan Ankara məhkəməçsində birləşdirilib.
Şikayət edən tərəf qurultayın nəticələrinin tamamilə ləğvini, hazırkı sədr Özgür Özəl və komandasının vəzifədən uzaqlaşdırılmasını, sabiq sədr Kemal Kılıçdaroğlunun rəhbərliyinin isə bərpa edilməsini tələb edirlər.