Balakənin sabiq icra başçısı da HƏBS OLUNDU
YENİLƏNİB


Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

 

Senzor.az bildirir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib.

 

Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev və rayonun digər vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

 

İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.


**11:15 (30.10.2025)


Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilir.

 

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

 

Əlavə məlumat veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.