
“İran ordusu ABŞ-ın qısamüddətli, ortamüddətli və uzunmüddətli məqsədlərini izləyir və onun istənilən ssenarisinə qarşı döyüşə hazırdır”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Silahlı Qüvvələrinin Baş komandanı Əmir Xatəmi deyib.
“Biz 10-20 nəsil döyüşəcəyik və düşmənə ölkənin xəritəsini dəyişməyə imkan verməyəcəyik. Yeganə yol düşmənə güc dili ilə istədiyini edə bilməyəcəyini başa salmaqdır”, - o bildirib.
Xatəmi qeyd edib ki, ABŞ öz məqsədlərinə çatmaqda uğursuzluğa düçar olduqdan sonra da yeni təhdidlər hazırlamaqdan və müxtəlif planlar qurmaqdan əl çəkməyib.
“Düşmən bilməlidir: İran İslam Respublikası onların sui-qəsd və avantüralarının sınaq meydanı olmayacaq”, - İran ordusunun baş komandanı vurğulayıb.