Putin Qazaxıstan Prezidentini təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi birpalatalı parlamentə - Qurultaya seçkilərdə “Adilet” Partiyasının qələbəsi münasibətilə təbrik edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“Yüksək seçici fəallığı və ümumxalq səsverməsinin nəticələri daxili siyasi sabitliyin möhkəmləndirilməsinə, ölkənin dinamik sosial-iqtisadi inkişafına və beynəlxalq arenada maraqlarının qorunmasına yönəlmiş sizin rəhbərliyiniz altında həyata keçirilən kursa geniş dəstəyi əyani şəkildə təsdiqləyir”, - təbrik mesajında deyilir.

 

Putin bildirib ki, Qurultay deputatlarının hərtərəfli strateji tərəfdaşlığın və iki dövlət arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi naminə Rusiya parlamentariləri ilə səmərəli əməkdaşlıq edəcəyinə şübhə etmir.

 

Xatırladaq ki, Kaşım-Jomart Tokayevin partiyası Qurultaya ilk seçkilərdə səslərin 71,17 faizini toplayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.