
İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.
“Qafqazinfo” bildirir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb.
Məmmədəli kənd sakini, 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan həyatını itirdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.