
Gürcüstan Prokurorluğu sabiq baş nazir İrakli Qaribaşviliyə qarşı əvvəlcədən razılaşdırılmış şəkildə bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət almaqda ittiham irəli sürüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Baş prokurorunun müavini Amiran Quluaşvili bu gün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, İrakli Qaribaşvilini 11 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili yanvarın 12-də həbs olunub. Məhkəmənin qərarı ilə o, 1 milyon lari cərimə olunmaqla 5 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da xatırladaq ki, İrakli Qaribaşvili 2013-2015-ci və 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub. 2026-cı ilin yanvarında o, qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. İstintaqın məlumatına görə, Qaribaşvili vəzifəli şəxslərə qanunla qadağan olunduğu halda gizli şəkildə biznes fəaliyyəti ilə məşğul olub.