
Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya növbəti təhlükəsiz təxliyəsi həyata keçirilib.
Senzor.az bildirir ki, "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Təxliyə reysi vasitəsilə 203 nəfər (2 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı və 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı daxil olmaqla) vətəndaşın Azərbaycana qayıdışı təmin edilib.

