
Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarında gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb.
Senzor.az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısı alınıb.
Belə ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarının əl yüklərinə gömrük yoxlaması tətbiq olunub.
Yoxlama zamanı iki şəxsə məxsus üç çamadanda gömrük orqanına bəyan edilməyən 54 ədəd "Apple" markalı saat və 15 ədəd "iPad" markalı planşet aşkar edilib.
Hər iki şəxs çamadanları Bakıda təhvil vermək üçün xarici ölkənin hava limanında götürdüklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.

