Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib - AZƏRBAYCAN PREZİDENTİ və XANIMI TƏDBİRDƏ İŞTİRAK EDİBLƏR
VİDEO/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər.

 

Senzor.az bildirir ki, Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir. Bu tədbir köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirəcək bu Oyunlar çərçivəsində köçəri xalqların tarixən formalaşdırdıqları ənənəvi qədim idman növləri, o cümlədən atçılıq, güləş, oxatma və digərləri üzrə yarışlar təşkil ediləcək.

 

Sentyabrın 6-dək davam edəcək tədbir çərçivəsində iştirakçı ölkələrin mədəni irsi və milli adət-ənənələri də təqdim olunacaq.

 

Qeyd edək ki, Azərbaycan VI Dünya Köçəri Oyunlarında 17 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Heyətə 10 idmançı, 6 məşqçi və 1 nümayəndə daxildir.

 

İdmançılarımız ölkəmizi 9 idman növündə - alış, qırğız kuroş, quştinqiri, güləş, pəhləvan güləşi, qazax kuresi, qoreş, mas-restlinq və manqala üzrə təmsil edəcəklər.

 

İdmançılarımızın bu yarışda iştirakı həm ölkənin milli idman ənənələrinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi, həm də müxtəlif xalqların ənənəvi idman növləri ilə təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir.

 

Xüsusilə güləş və milli döyüş növləri Azərbaycan idman mədəniyyətində qədim tarixə malikdir. Pəhləvanlıq ənənələri, milli güləş növləri və müxtəlif güc yarışları xalqımızın tarixən formalaşmış idman mədəniyyətinin mühüm hissəsini təşkil edir. Bu baxımdan Azərbaycanın Köçəri Oyunlarında təmsil olunması ölkəmizin milli idman irsinin beynəlxalq aləmdə tanıdılması üçün də mühüm imkan yaradır.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.