
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının ABŞ-ın Nyu-York şəhərində keçiriləcək 81-ci sessiyasında iştirak edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Baş nazirinin Administrasiyası məlumat yayıb.
İrakli Kobaxidze ümumi debatlarda çıxış edəcək.
Sessiya sentyabrın 20-24-də keçiriləcək.