Rusiya Kiyevə növbəti dəfə raket zərbələri endirdi: YENƏ ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

Rusiya ordusu sentyabrın 1-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə ballistik və qanadlı raketlərlə, dronlarla hava zərbələri endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kiyev şəhər meri Vitali Kliçkonun yaydığı məlumata görə, hava zərbələri nəticəsində Ukrayna paytaxtında 8 nəfər həlak olub, ikisi uşaq olmaqla 5 nəfər yaralanıb.

 

Belə ki, Qolosevski rayonunda pilotsuz təyyarə və raketin qalıqları bir neçə yerə düşüb. Qeyri-yaşayış binasında yanğın baş verib. Bir nəfər həlak olub.

 

Darnitski rayonunda raket qeyri-yaşayış binasına dəyib və yanğına səbəb olub. Yeddi nəfər ölüb, bir nəfər yaralanıb.

 

Solomyanski rayonunda pilotsuz təyyarələr şəxsi evə düşüb. İki uşaq da daxil olmaqla dörd nəfər yaralanıb.

 

Təcili yardım və şəhər xidmətləri hadisə yerində işləməyə davam edir.

 

Hadisənin nəticələri barədə məlumatlar dəqiqləşdirilir.

 

Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə bildirib ki, Borispol şəhərinə endirilən hava zərbələri nəticəsində 4 nəfər həlak olub. Daha 13 nəfər yaralanıb. Zərərçəkənlərə tibbi yardım göstərilir.

 

Borispolda beşmərtəbəli yaşayış binası, mağaza, fərdi evlər, avtomobillər, biznes və yanacaqdoldurma məntəqəsi binası ziyan görüb.

 

Tkaçenko bildirib ki, Obuxov rayonunda 11 fərdi ev, anbar və yanacaqdoldurma məntəqəsinə zərər dəyib, bir nəfər yaralanıb.

 

Yerli hakimiyyət orqanlarının nümayəndələri, xilasedicilər və digər müvafiq xidmətlərin əməkdaşları hadisə yerində işləyir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.