Keçmiş generallar və məmurlar Netanyahuya qarşı çıxdılar:
ÖLKƏ TARİXİNDƏ GÖRÜNMƏMİŞ HADİSƏ

İsrailin 200-dən çox keçmiş yüksəkvəzifəli hərbçisi və rəsmisi Baş nazir Benyamin Netanyahuya müraciət edərək analoqu olmayan addım atıblar.

 

Bu barədə “The New York Times” (NYT) nəşri məlumat yayıb.

 

Məlumata görə, müraciəti imzalayanlar arasında İsrailin iki keçmiş Baş naziri, kəşfiyyat və xüsusi xidmət orqanlarının sabiq rəhbərləri, həmçinin ordunun 30-dan çox istefada olan generalı yer alıb. Onlar hökumət rəhbərini İordan çayının qərb sahilində “yəhudi terroru” və “etnik təmizləmə” əməllərini təcili dayandırmağa çağırıblar.

 

Onlar həmçinin Netanyahu hökumətini hərəkətsizlikdə və İsrail Müdafiə Qüvvələri, “Şin Bet” təhlükəsizlik xidməti və polisin də cəlb olunduğu məqsədyönlü siyasət həyata keçirməkdə ittiham ediblər.

 

Nəşr vurğulayır ki, İsrailin siyasi və hərbi elitasının bu qədər böyük bir heyəti tərəfindən Netanyahu hakimiyyətinə qarşı səsləndirilən ağır ittihamlar ölkə tarixində “görünməmiş və eşidilməmiş” bir hadisədir.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden də Netanyahunu sərt tənqid edərək onu “şərin təcəssümü” adlandırmışdı.

 

“Əgər antisemitizm Netanyahunun şərin təcəssümü olduğunu göstərməkdirsə, onda insanlara daha nə deyəcəyimi bilmirəm. Hamınızın etməli olduğu tək şey gözlərinizi açmaqdır”, – deyə o söyləmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.