
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının üzvlərini qəbul edib.
Senzor.az bildirir ki, qəbul İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində baş tutub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Türkiyə Prezidentinin qəbulunda olub.
