
Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub.
Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, Azərbaycanla İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması, o cümlədən tranzit məqsədilə giriş-çıxış martın 9-u saat 10:00-dan etibarən bərpa olunub.