
Moskvada benzin satışına yeni limit tətbiq edilib.
APA xəbər verir ki, "Qazpromneft" yanacaqdoldurma məntəqələri bu səhər yeni benzin satış limiti tətbiq edib.
Vətəndaşlara avtomobillərinə 30 litr həcmində benzin almağa limit qoyub. Əvvəllər bu limitin 60 litr olduğu bildirilib.
Qeyd edək ki, Ukrayna ötən gecə Moskvanın Kapotnya rayonunda yerləşən Neft Emalı zavoduna dron zərbəsi endirib. Nəticədə zavodda yanğın baş verib. Rusiya rəsmiləri dron hücumunun zavodda hansısa tikiliyə ziyan vurduğunu açıqlasalar da, yerli “Teleqram” kanalları zavodun əhəmiyyətli qurğusunun sıradan çıxdığını yazıblar.
Xatırladaq ki, Ukrayna həmin neft emalı zavoduna bu ilin iyun ayının 18-də də dron hücumu etmişdi. Nəticədə Moskva regionunun yanacağa olan tələbatının 40 faizini təmin edən zavodun fəaliyyəti dayanmışdı.