Trampdan gözlənilməz təklif: UKRAYNANIN YENİ PREZİDENT SEÇMƏK VAXTI ÇATIB
VİDEO

ABŞ Prezidenti Donald Tramp Ukraynaya artıq yeni prezidentin lazım olduğunu deyib.

 

Senzor.az bildirir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində danışıb.

 

Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə" yoluna qoya bilərdi, lakin o bunu etməməyi seçib.

 

"Düşünürəm ki, Ukraynanın yeni prezident seçmək vaxtı çatıb... Mən sövdələşmə bağlaya biləcək yeni bir lider tapmağı təklif edirəm. Çünki o, (Zelenski - red.) çoxlu sövdələşmələr bağlaya bilərdi, lakin nədənsə bunu heç vaxt etmədi", - Tramp bildirib.

 

Ağ Ev rəhbəri həmçinin vurğulayıb ki, Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələr endirməklə bütün dünya üçün problem yaratmaq istəyir.

 

"Biz dedik ki, bircə neft emalı zavodlarına zərbə endirməyin, axı Rusiya bütün dünya üzrə dizel yanacağının əhəmiyyətli hissəsini tədarük edir, dizel yanacağına zərbə endirməyin, çünki bu, ciddi problemə, onun kəskin qıtlığına gətirib çıxaracaq". Bəs o nə edir? Gedir və dizel yanacağına zərbələr endirir. O belə hərəkət edə bilməz, çünki bizim qlobal problemimiz var və bu problem dizel yanacağı istehsal edən neft emalı zavodlarının çatışmazlığından qaynaqlanır", - deyə Tramp vurğulayıb.

 

Daha əvvəl "Financial Times" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton Rusiyanın neft emalı zavodlarına zərbələr davam edəcəyi təqdirdə, Kiyevi mühüm kəşfiyyat məlumatlarının ötürülməsini dayandıracağı ilə hədələyib.

 



 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.