Rəsmi Kiyev Trampın “Ukraynada yeni prezident seçilməlidir” çağırışına
CAVAB VERDİ

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib.

 

Sibiqa qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskini xalq dəstəkləyir.

 

"Volodimir Zelenski müharibə dövründə, müstəqillik, azadlıq və ləyaqət uğrunda müharibə zamanı millətimizə rəhbərlik edir. O, Ukrayna xalqının dəstəyinə malikdir və onların (ölkə vətəndaşlarının - red.) qərar vermək hüququ var. Xaricdən səslənən bəyanatlar isə yalnız onun öz işinin öhdəsindən yaxşı gəldiyini təsdiqləyir", - Sibiqa vurğulayıb.

 

O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti dəstəyə layiqdir.

 

Xatırladaq ki, daha əvvəl Tramp Ağ Evin qarşısında jurnalistlərlə söhbətində Ukraynanın yeni prezident seçməli olduğu fikrini səsləndirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.