
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün addımlar barədə qərarvermə mərhələsində olduğunu bildirib.
Senzor.az-ın məlumatına görə, D.Tramp bunu “Fox News”un müxbiri Trey Yinqstə müsahibəsində deyib.
“Çox da uzaq olmayan gələcəkdə böyük hadisələr baş verəcək”, – deyən ABŞ lideri hazırda İranla bağlı ölkəni məhv etmək, iqtisadi cəhətdən tənəzzülə uğramasına imkan vermək və ya razılaşma əldə etmək kimi üç variantın nəzərdən keçirildiyini bildirib.
ABŞ Prezidenti BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşə biləcəyini də ehtimal edib.
Daha dəqiq desək, Trey İnqst “Fox News” efirində bildirib ki, Trampdan İran Prezidenti ilə görüşə açıq olub-olmadığını soruşub. Onun sözlərinə görə, ABŞ Prezidenti buna “yəqin ki, açıq olacağını” deyib.