İrandan ABŞ-a sərt cavab: “DİZ ÇÖKƏCƏKSİNİZ”

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ dövlət katibi Marko Rubionun ölkəsinə dair açıqlamasına münasibət bildirib. 

 

Senzor.az yerli KİV-ə istinadən xəbər verir ki, Qalibaf bu barədə “X” hesabında paylaşım edib və ABŞ-ı “alçaldıcı” məğlubiyyət gözlədiyini bildirib. 

 

“Biz iranlılar tarix boyu özlərini kainatın hökmdarı elan edən və qədim sivilizasiyaları yer üzündən silməyə çalışanlara qarşı durmuşuq. Onlar od-alovla gəlirdilər, lakin toz-torpaq və rüsvayçılıq içində gedirdilər”, - deyə İran parlamentinin sədri qeyd edib. 

 

Qalibaf mesajında tarixi müqayisə də aparıb: “İsgəndərin şöhrətinə varis olmaq istəyənlər Valerianın aqibətini bölüşəcəklər. Siz diz çökməli olacaqsınız”.

 

Makedoniyalı İsgəndər eramızdan əvvəl IV əsrdə İran imperiyasını fəth edib. Roma imperatoru Valerian isə eramızın 260-cı ilində Edessa döyüşündə məğlub olduqdan sonra Sasani hökmdarı I Şapura əsir düşüb. İranda bu hadisə güclü rəqibin alçaldılmasının rəmzi kimi tez-tez xatırladılır.

 

Qeyd edək ki, Marko Rubio çərşənbə günü İranın Hörmüz boğazına nəzarəti “tamamilə itirdiyini” iddia edib. O, buna dəlil kimi sentyabrda Fars körfəzi ölkələrindən neft ixracının həcminin bərpa olunmasını göstərib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.