NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın müdafiə nazirlərinin fövqəladə toplantısı başlayıb.
Senzor.az-ın məlumatına görə, iclasda Alyansa üzv olmayan Finlandiya, Gürcüstan, İsveç, Ukrayna ilə yanaşı, Avropa İttifaqı ölkələri iştirak edirlər.
Türkiyəni toplantıda milli müdafiə naziri Hulusi Akar təmsil edir.
Nazirlər Ukrayna ətrafındakı durumu müzakirə edirlər.
Giriş nitqində NATO-nun Baş katibi Yens Stoltenberq dünyanın bu müharibəni pislədiyini bildirib: “NATO müttəfiqləri və tərəfdaşları Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edirlər. Biz Ukraynaya dəstəyimizdə həmrəyik. Bu illər ərzində NATO müttəfiqləri on minlərlə Ukrayna hərbçisinə təlim keçib və o, Ukraynaya özünümüdafiə hüququnu təmin etmək üçün çoxlu sayda vacib avadanlıq verib. Rusiya işğalının əvvəlindən müttəfiqlər cəsarətli Ukrayna xalqına, hökumətinə və ordusuna dəstəyi xeyli artırıblar. Bura hərbi texnika, humanitar və maliyyə yardımı və milyonlarla qaçqına sığınacaq verilməsi daxildir. Bu gün bizim hamımızın Ukraynanı dəstəkləməyimiz çox vacibdir”.