Günəşdən nəhəng püskürmə baş verib:
YERƏ TƏSİRİ OLACAQMI?

Günəşdən təxminən 500 min kilometr ölçüsündə nəhəng protuberansın kosmosa atılması qeydə alınıb.

 

TASS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri məlumat veriblər.

 

Məlumata görə, hadisə zamanı nəhəng protuberans eyni vaxtda bir neçə kosmik teleskopun kameralarına düşüb.

 

Protuberanslar Günəşin səthindən yuxarıda yerləşən nisbətən soyuq qaz buludlarıdır. Onlar Günəş səthindən onminlərlə, hətta yüzminlərlə kilometr yüksəklikdə müşahidə olunur. Bu strukturlar maqnit sahəsinin xətləri ilə əhatə olunur. Maqnit sahəsi qaz buludlarını müəyyən mövqedə saxlayaraq onların mövcudluğunu təmin edir. Bəzi protuberansların ölçüsü yüzminlərlə kilometrə, nadir hallarda isə bir milyon kilometrə çata bilər.

 

Oxu.az xatırladır ki, Günəşin tacında qeyri-sabit strukturlar hesab edilən protuberanslar bəzən kosmosa atılır. Belə hadisələr Günəş aktivliyi ilə əlaqəli geomaqnit qasırğalarına səbəb ola bilər.

 

Lakin mütəxəssislərin ilkin qiymətləndirmələrinə görə, bu dəfə protuberans Yerə doğru deyil, əsasən yan istiqamətdə hərəkət edir. Ehtimal olunur ki, onun trayektoriyası Marsın yaxınlığından keçəcək. Bununla belə, Yerə müəyyən təsir ehtimalı da istisna edilmir. Mütəxəssislər belə bir təsirin əhəmiyyətli olmayacağını gözləyirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.