İrandan Rusiyaya aparılan yükdə külli miqdarda narkotik aşkarlandı - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb.

 

Senzor.az bildirir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

 

“Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə kahı” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb.

 

Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilmiş paletlərdən birinə reaksiya verib.

 

Həmin paletə keçirilən baxış zamanı kahı ilə örtülmüş 90 qablaşdırmada, ümumi xalis çəkisi 97 kiloqram 685 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.