Türkiyədə güclü leysan gözlənilir - 20 VİLAYƏT ÜÇÜN XƏBƏRDARLIQ EDİLDİ
VİDEO

Türkiyənin böyük hissəsində oktyabrın 28-dən etibarən güclü leysan yağışlarının təsirli olacağı gözlənilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Meteorologiya Baş İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar 20 vilayət üçün sarı, Muğla vilayəti üçün isə narıncı xəbərdarlıq kodu elan edib.

 

Sarı xəbərdarlıq Adıyaman, Antalya, Aydın, Bingöl, Burdur, Denizli, Diyarbakır, Elazığ, Gaziantep, Isparta, İzmir, Kahramanmaraş, Malatya, Mardin, Mersin, Muğla, Şanlıurfa, Tunceli və Batman vilayətlərini əhatə edir.

 

Məlumata görə, oktyabrın 29-da Respublika Günü münasibətilə İstanbulda güclü leysan yağacağı, Ankarada isə yağışlı havanın davam edəcəyi gözlənilir. Bəzi bölgələrdə sel, subasma və güclü külək təhlükəsinin olduğu bildirilib.

 

Qeyd edək ki, sarı xəbərdarlıq potensial təhlükəli hava hadisələrini, narıncı xəbərdarlıq isə təhlükəli meteoroloji şəraitin gözlənildiyini bildirir.(Bax: https://www.youtube.com/watch?v=pwr6tg9_Te4)








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.