Braziliyada prezident seçkisində uduzan senator ABŞ-a QAÇDI
VİDEO

Braziliyada keçirilən prezident seçkisində məğlub olan senator Flaviu Bolsonaru həyat yoldaşı və qızları ilə birlikdə ABŞ-a gedib.

 

"CNN Brasil" telekanalı bu barədə mənbələrinə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, bununla senator atası, Braziliyanın keçmiş prezidenti Jair Bolsonarunun yolunu davam etdirib. Belə ki, 2022-ci ildə keçirilən prezident seçkisində Luis İnasio Lula da Silvaya məğlub olduqdan sonra onun atası da ABŞ-a getmişdi.

 

Flaviu Bolsonarunun ölkədən getməsi məhkəmənin qadağasına baxmayaraq baş verib. Bundan bir gün əvvəl Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleşandri di Morais senatora adi və diplomatik pasportlarını polisə təhvil verməyi tapşırıb. Hakim, həmçinin çirkli pulların yuyulması ittihamı ilə bağlı cinayət işi çərçivəsində onun ölkədən çıxışını qadağan edib.

 

Oktyabrın 25-də Braziliyada prezident seçkisinin ikinci turu keçirilib. Seçki komissiyasının yekun məlumatlarına görə, hazırkı dövlət başçısı Lula da Silva 51.79 faiz səslə qalib gəlib. Flaviu Bolsonaru isə 48.21 faiz səs toplayaraq məğlub olub.

 

Bolsonarunun ölkəni tərk etməsi barədə məlumatların yayılmasından sonra Braziliya Federal Polisi sərhəd-keçid məntəqələrində və hava reysləri üzrə yoxlamalara başlayıb.

 

Araşdırma zamanı senatorun rəsmi miqrasiya nəzarəti məntəqələrindən keçidinin qeydə alınmadığı məlum olub. Müstəntiqlər onun sərhədi rəsmi keçid məntəqələrindən kənarda keçməsi ehtimalını araşdırırlar.

 

Siyasətçinin ölkədən gizli şəkildə getməsi onun siyasi müttəfiqləri arasında ciddi məyusluq yaradıb. Onlar senatorun Milli Konqresdə yeni hökumətə qarşı müxalifətə şəxsən rəhbərlik edəcəyinə ümid edirdilər.

 [media=https://www.youtube.com/watch?v=Csr6gbQRoc8]



 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.