“Liderlər səviyyəsində qəbul olunası qərarlar var”.
Senzor.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin üçtərəfli görüşünü təşkil etmək istəyir: “Amma vacib olan müzakirənin harada keçiriləcəyi deyil. Əsas məsələ müzakirənin başlanmasıdır”.
Məsələyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münasibət bildirib: “Bu gün konkret olaraq Rusiya Prezidenti və Volodimir Zelenskinin Türkiyədə görüşü məsələsini müzakirə etmədik. Bu görüşün təşkilinə heç bir əngəl yoxdur. Əsas odur ki, bu, görüş naminə görüş olmasın”.
S.Lavrov onu da xatırladıb ki, illərdi Minsk razılaşmalarının yerinə yetirilməsini istəyəndə onlar görüşmək təklif edirdilər: “Söhbət razılığa gəldikdə isə sabotaj edirdilər. Biz bütün bunlardan dərs çıxardıq”.