
Senzor.az-ın məlumatına görə, bu barədə Hikmət Hacıyev öz “Tvitter” hesabında bildirib.
“Avropa ofisinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Şuşaya səfərini müzakirə etdik. Ermənistanın 30 ildir davam edən hərbi işğalı böyük ekoloji ziyanla müşayiət olunub”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.