Birləşmiş Ştatlar Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya növbəti silah partiyasını, o cümlədən yüksək texnologiyalı taktiki pilotsuz zərbə aviasiya kompleksi olan - “Switchblade”ni təhvil verəcək.
Məlumatı segodnya.ua yayıb.
Qeyd olunur ki, “Switchblade” kamikadze dron hesab edilir.
Taktiki pilotsuz zərbə kompleksi olan bu dronlar onlarla kilometr məsafədən hədəfə dəqiq atəş açmaq gücündədir.
“Switchblade”in üstünlüyü ondan ibarətdir ki, onu kürək çantasında daşımaq və bir neçə dəqiqə ərzində quraşdırmaq mümkündür.
Digər zərbə dronlarından fərqli olaraq, “Switchblade” düşmənləri aşkar etməklə yanaşı, həm də onları dəqiq məhv etmək qabiliyyətinə malikdir.
Bəzi hesablamalara görə, “Switchblade”nin qiyməti 6 min dollar təşkil edir.
Dronun istehsalçısı “AeroVironment” şirkətidir.
2,5 kiloqram ağırlığa sahib olan dron 6 mil məsafədən öz hədəfinə qarşı dəqiq zərbə endirə bilir. Onun maksimum sürəti isə 157 km/saat-dır.